Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri bəyannamə qəbul edib - FOTO
17 aprel 2011 12:17 (UTC +04:00)

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri bəyannamə qəbul edib - FOTO

Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, görüş İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutub.
Üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil ediləcəyini deyən iranlı nazir belə görüşlərin əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, regionda sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verdiyini bildirib.

Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul edib. Doqquz bənddən ibarət olan bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar