Fələstinin Azərbaycandakı səfiri “APA Group”un baş direktoru ilə görüşüb - FOTO
15 aprel 2011 15:08 (UTC +04:00)

Fələstinin Azərbaycandakı səfiri “APA Group”un baş direktoru ilə görüşüb - FOTO

Qonağı salamlayan V. Mahirqızı rəhbərlik etdiyi media struktur haqqında məlumat verib, agentliyin əlaqələrindən danışıb. O, agentliyin xüsusilə ərəb ölkələrinin mediası ilə münasibətlərindən, bu münasibətləri genişləndirmək istəməsi barədə səfirə məlumat verib.

Səfir N.A. Kareem agentliyin xəbərlərini mütəmadi izlədiyini, agentliklə səfirlik arasında münasibətlərin daha da inkişaf etməsində maraqlı olduğunu bildirib. O, Fələstinin Azərbaycandakı ilk səfiri olaraq məsuliyyətli bir missiya daşıdığını, Azərbaycan və Fələstin xalqlarının bir-birini daha yaxından tanımasının vacibliyini qeyd edib, bu məsələdə medianın üzərinə ciddi vəzifələr düşdüyünü bildirib.

Görüşdə APA ilə Fələstin mediası arasında əməkdaşlıq perspektivləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar