Azərbaycan AEBA və Avropa İttifaqına rəsmi müraciət göndərəcək
14 aprel 2011 14:37 (UTC +04:00)

Azərbaycan AEBA və Avropa İttifaqına rəsmi müraciət göndərəcək

Azərbaycan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının ikinci blokunun fəaliyyətinin dayandırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Avropa İttifaqına (Aİ) rəsmi müraciət göndərəcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Onun sözlərinə görə, hazırda bu müraciət hazırlanır: “Bu sahəyə cavabdeh olan qurumların hamısının fikirləri toplanılıb. Yəqin ki, yaxın vaxtlarda dövlətin rəsmi müraciəti təqdim ediləcək”.

A. Qəribov bildirib ki, hələ 2002-ci il də AEBA-nın baş katibi Məhəmməd əl Baradey Bakıya səfər edən zaman Heydər Əliyev Metsamor AES-in region üçün təhlükəli olması məsələsini qaldırmışdı.

İnstitut direktorunun sözlərinə görə, Azərbaycanın bu təklifini Türkiyə və Gürcüstan da dəstəkləyir: “Türkiyə bu məsələdə bizə qoşulub və aktivdir. Gürcüstan da artıq öz fikrini söyləyib. Güman edirəm ki, məsələ müzakirə olunduqdan sonra nə isə bir qərara gəlinəcək”.

A. Qəribov deyib ki, hazırda Litvada AES-in fəaliyyətinin dayandırılması məsələsi müzakirə edilir: “Güman edirəm ki, Avropa İttifaqı bizə Metsamor AES-in ikinci blokunun fəaliyyətinin dayandırılması məsələsində daha çox dəstək olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar