Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Yelmar Şahmar oğlu Edilov
10 aprel 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Yelmar Şahmar oğlu Edilov

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!


Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, 1991-ci ildə ətraf kəndlərin əhalisi ilə birlikdə Kolanı özünümüdafiə dəstəsi yaradıb, Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 1993-cü ilin iyununda Şahbulaq yüksəkliyi uğrunda döyüşə rəhbərlik edir, yüksəkliyi ələ keçirir, lakin əlavə kömək gəlmədiyinə görə geri çəkilməli olur. 1994-cü ilin aprelində “Çərik” istiqamətində düşmənin hücumunun qarşısını alır, düşmənin iki tankını və onlarla canlı qüvvəsini məhv edirlər. Həmin döyüşdə komandir Yelmar Edilov həlak olur, lakin düşmənin irəliləməsinə imkan vermirlər.

Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1688

Oxşar yazılar