“Xaçmazdakı Rusiya vətəndaşlarının iki yolu var”
“Xaçmaz rayonunun Xrakoba kəndində kompakt yaşayan Rusiya vətəndaşları ya Azərbaycanın ərazisini tərk etməli, ya da müvafiq icazə almaq üçün müraciət etməlidirlər”. Lent.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib.
O, qeyd edib ki, həmin şəxslərə Azərbaycan ərazisində qanunsuz yaşamaları ilə bağlı məlumat verilib: “Ancaq həmin Rusiya vətəndaşlarının bir gün ərzində ölkədən çıxarılmaları da mümkün deyil. Çünki bu tarixi prosesdir. Onlar burada çoxdandır yaşayırlar. Lakin Rusiya vətəndaşları olduqları üçün qanunlara riayət etməlidirlər. Onlara izah olunub ki, ya Rusiyaya qayıtmalıdırlar, ya da Azərbaycanda yaşamaq üçün müvafiq icazə almaq məqsədi illə dövlət qurumlarına müraciət etməlidirlər. Biz bu barədə Rusiya səfirliyi ilə də danışıqlar aparmışıq”.
A.Rəhimov onu da qeyd edib ki, Rusiyada ölkəyə qayıtmış ruslarla bağlı dövlət proqramı mövcuddur: “Rusiya səfiri də onlarla görüşdə bu barədə bildirdi. Kənd sakinləri isə gələcəkdə yaşayacaqları yeri özləri müəyyənləşdirmək istəyir. Yaxın vaxtlarda bu problem də həllini tapmalıdır”.
Ramiz MİKAYILOĞLU

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37