Millət vəkili Qənirə Paşayeva türkiyəli qonaqlarla görüşüb - FOTO
Lent.az-ın məlumatına görə, Mərmərə Bələdiyyələr Birliyinin AB və Uluslararsı İlişkilər Mərkəzinin direktoru Murat Daoudov, həmin Mərkəzin əməkdaşları Cəmilə Dokuyeva və İskəndər Günəşdən ibarət olan heyəti xanım millət vəkilinə təqdim edən Səlim Yağcı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün Bakıya gəldiklərini, bu Forumda iştirakdan, ümumən respublikamıza səfərdən məmnun olduqlarını bildirib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman mədəniyyətlər və dinlər arası münasibətlər baxımından örnək ölkələrdən biri olması və bu gün öz işinə başlayan Forumun yüksək səviyyədə təşkilinin, Foruma dünya miqyasında böyük maraq göstərilməsinin də bu fikri təsdiq etdiyini vurğulayıb. Millət vəkili Forum çərçivəsində aparılan müzakirələrin, keçirilən görüşlərin dünya və bölgə üçün faydalı olacağına inamını ifadə edib. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin bələdiyyə orqanları və ictimai təsisatları arasında əməkdaşlığın dərinləşməsinin də hər iki qardaş dövlətin daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayan millət vəkili müxtəlif əməli fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin aparılmasının ümumi işə xeyir gətirəcəyini bildirib.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, tarixi-mədəni və dini abidələri dağıtmaları barədə məlumatlar verib və bildirib ki, ermənilərin Azərbaycan və Türkiyə əleyhinə apardığı qərəzli, yalan və böhtanlarla dolu fəaliyyətlərinə qarşı hər iki ölkə, ölkələrimizin vətəndaşları və diaspordakı soydaşlarımız birgə mübarizə aparmalıdırlar. Millət vəkili Türkiyənin qədim bölgələrindən biri olan Biləcikdə, Söyütdə Azərbaycanın, onun ayrılmaz parçası olan Qarabağın adının park, küçə və ya meydanlara verilməsini, Azərbaycan həqiqətlərinin bu bölgələrin insanlarına daha geniş çatdırılması istiqamətində konfransların, tədbirlərin keçirilməsini də təklif edib. Qonaqları millət vəkili seçildiyi Tovuz rayonuna dəvət edən millət vəkili ölkələrimizin müxtəlif bölgələri arasında əlaqələrin və əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb.
Bələdiyyə başçıları Azərbaycanın müxtəlif bölgələrinin bələdiyyələri ilə əməkdaşlığın və əlaqələrin genişlənməsində çox maraqlı olduqlarını və bu səfərdən sonra bu istiqamətdə işlərin daha da sürətlənəcəyinə inandıqlarını bildiriblər.
Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar da hədiyyə edib.
Görüşdə Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda İctimai Birliyin sədri Lyudmila Xəlilova və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı iştirak ediblər.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28