“Dağlıq Qarabağda müharibənin qarşısı alınmalıdır”
07 aprel 2011 11:34 (UTC +04:00)

“Dağlıq Qarabağda müharibənin qarşısı alınmalıdır”

ABŞ-ın Qafqaz məsələləri üzrə analitiki, Kembric (Massaçusetts) Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Con Tirman (John Tirman) APA-nın Vaşinqton müxbirinə müsahibəsində belə deyib. Onun fikrincə, əgər bütün maraqlı tərəflər fəlakətli nəticələrdən qaçmaq istəyirlərsə, müharibənin qarşısını almalıdırlar. “Böyük dövlətlər”, xüsusilə də Rusiyanın Qafqaza təsiri haqqında danışan Tirman bildirib ki, bu, “xüsusən xristian əhalisi çox olan ölkələr üçün” qaçılmazdır:
“Məsələ bu təsirin hansı şəkildə həyata keçirilməsi, Ermənistan və ya regionun digər bir ölkəsi üçün sərfəli olmasındadır. Bu məsələ uzun illər müzakirə mövzusu olacaq”.


Azərbaycan və Türkiyə kimi müsəlman ölkələrinin Avro-Atlantika strukturlarına inteqrasiyası yolunda hər hansı bir dini maneənin olub-olmaması barədə sualı cavablandırarkən, analitik bildirib ki, Azərbaycan yəqin ki, bu yolda Türkiyədən nümunə götürə bilər: “Bu vaxta qədər, Avropa Türkiyənin Avropa İttifaqına üzvlüyünü təxirə salıb. Amma buna səbəb Türkiyənin müsəlman ölkəsi olması deyil. Türkiyənin insan hüquqları sahəsində ciddi problemləri var, bundan əlavə ölkənin bir sıra hərbi və iqtisadi məsələləri də problemlidir. Türkiyə bu problemləri tezliklə həll etməyə çalışır. Sonda biz yəqin ki, Avropa İttifaqının anti-müsəlman meyllərinin qarşısını aldığını görəcəyik. Amma Türkiyənin Avropa İttifaqına qəbulu çox mühüm qərardır və həm Türkiyə, həm də son 12-15 ildə əhəmiyyətli dərəcədə genişlənən Avropa İttifaqı bu məsələyə ehtiyatla yanaşmalıdır”.


Tirman Rusiya və İrana qonşu dövlətlərin Avropa və Avro-Atlantika strukturlarına uğurlu inteqrasiyasında maneə kimi baxmır: “Nəzər alsaq ki, Rusiya Avropanın qonşusudur, onda İranın bu məsələdə maneə olmaq ehtimalı Rusiyadan daha az görünür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar