İşğal altındakı torpaqlardan partlayış səsləri eşidilir
27 mart 2011 15:40 (UTC +04:00)

İşğal altındakı torpaqlardan partlayış səsləri eşidilir

APA-nın Qarabağ bürosu xəbər verir ki, güclü partlayış səsləri təxminən bir saat əvvəldən eşidilməyə başlayıb.

Cəbhəyanı yaşayış məntəqələrindən sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, partlayışlar Şahbulaq dağı və Uzundərə adlanan ərazilər istiqamətində müxtəlif fasilələrlə qeydə alınır.

Məlumata görə, düşmən işğal altındakı ərazilərdə o qədər də böyük olmayan hərbi təlim keçirir. Bunun üçün isə bəzən artilleriyadan istifadə edilir.

Digər məlumata görə isə ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədi ilə partlayışlar törədirlər.

Xatırladaq ki, Şahbulaq dağ massivlərində tikintidə istifadə olunan mişar daşı yataqları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar