Qənirə Paşayeva şəhid hərbçimizin ailəsinə baş çəkib
26 mart 2011 12:35 (UTC +04:00)

Qənirə Paşayeva şəhid hərbçimizin ailəsinə baş çəkib

Lent.az-ın məlumatına görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayan şəhid ailəsi ilə görüşən millət vəkili bildirib ki, Vətən uğrunda şəhid olanların həyatı gənclərə örnək təşkil etməlidir.

“Bütün Azərbaycan xalqı onların ruhu qarşısında baş əyir. Şəhidlərimiz millətimizin və tariximizin yaddaşında daim yaşayacaq və böyük sevgi ilə xatırlanacaqlar. Samir Fizuli rayonunda xidmət etməyi könüllü seçib. Ön cəbhədə düşmənlə üz-üzə torpaqlarımızı qoruyub və şəhid olub. Tovuzda onu tanıyanlar və hərbi xidmət yoldaşları onu mərd, vətənpərvər bir oğlu kimi xatırlayırlar. Onun ruhu qarşısında baş əyirik” – deyə, millət vəkili bildirib.

Qeyd edək ki, Samir Ağayev Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Füzulu rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlında ermənilərin atəşkəsi pozması nəticəsində martın 23-də şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar