Hulusi Kılıç: “Hazırda texniki məsələlər həll olunur”
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. “Bir qədər əvvəl bildirmişdim ki, bu toplantı bu ilin birinci yarısında olacaq. Yəqin ki, iclas may, ya da iyunda keçirilə bilər. Hazırda texniki məsələlər həll olunur”, - deyə səfir qeyd edib.
Səfir Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında mütəmadi telefon danışıqlarının olduğunu, danışıqlarda Qarabağ probleminin həllinə dair məsələlərin müzakirə edildiyini bildirib.
H. Kılıç Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini bəyəndiklərini, dəstəklədiklərini də bildirib: “Bu tədbirlər Azərbaycanın dünyada yerini daha da möhkəmləndirməsinə və ölkənin iqtisadi inkişafına daha da kömək edəcək”.

528