Hökumət parlamentdə hesabat verir
15 mart 2011 12:42 (UTC +04:00)

Hökumət parlamentdə hesabat verir

Lent.az-ın məlumatına görə, hazırda hesabatın dinlənilməsinə başlanılıb.

Onu millət vəkillərinə baş nazir Artur Rasizadə təqdim edir. Rasizadə çıxışında bildirib ki, 2010-cu ildə qlobal maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb. Baş nazirin sözlərinə görə, ötən il iqtisadiyyatın ən müxtəlif sahələrində investisiya layihələri davamlı şəkildə həyata keçirilib. Həmçinin, əhalinin sosial müdafiəsinin, xüsusilə, aztəminatlı ailələrin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, habelə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqının artırılması istiqamətində çox ciddi addımlar atılıb.

Rasizadə onu da qeyd edib ki, Azərbaycan idxal-ixrac əməliyyatlarında da sabitliyi qoruyub və Avropa ölkələri ilə iqtisadi əlaqələri genişləndirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar