ABŞ-ın Azərbaycana və Ermənistana ayırdığı yardımlar hara xərclənəcək?
14 mart 2011 17:14 (UTC +04:00)

ABŞ-ın Azərbaycana və Ermənistana ayırdığı yardımlar hara xərclənəcək?

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqladığı son hesabatda bildirilib. Ermənistana nəzərdə tutulan vəsaitin 4 milyon 450 min dolları ABŞ-ın Avropa, Avrasiya və Mərkəzi Asiyaya Kömək (AEECA) proqramı, 3 milyon dolları Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı, 450 min dolları Beynəlxalq Hərbi Təhsil və Təlim (İMET), 850 min dolları isə Yayılma, Antiterrorizm, Demininq və Əlaqələndirmə (NADRP) proqramı üzrə nəzərdə tutulub. Ermənistanın AEECA proqramı çərçivəsində alacağı yardımın 2 milyon 500 min dolları, NADRP proqramı üzrə yardımın tamamı (850 min dollar) kütləvi qırğın silahları ilə mübarizə, AEECA proqramı çərçivəsində 660 min dollar və FMF proqramında nəzərdə tutulan 3 milyon dollar stabilləşmə prosesinə və təhlükəsizlik sektorunda islahatlara, AEECA proqramında nəzərdə tutulan vəsaitin 750 min dolları transmilli cinayətkarlıqla mübarizə, 540 min dolları isə konfliktlərin azaldılması və sülh tədbirlərinə yönəldiləcək.


Departamentin məlumatında qeyd olunub ki, FMF maliyyələşməsi Ermənistan ordusunun təşkilatlanmasını dəstəkləyəcək. İMET çərçivəsində erməni təhlükəsizlik qüvvələrinə ingilis dili dərsləri və texniki təlimlər veriləcək.


Azərbaycan üçün nəzərdə tutulan vəsaitin isə 483 min dolları AEECA proqramı çərçivəsində ayrılacaq. Bunun 183 min dolları və NARDP üzrə nəzərdə tutulan 865 min dollardan 500 min dolları kütləvi qırğın silahları ilə mübarizə tədbirləri, 300 min dolları isə transmilli cinayətkarlıqla mübarizə imkanlarının artırılmasına yönəldiləcək. FMF üzrə nəzərdə tutulan 3 milyon dollar, İMET-də nəzərdə tutulan 900 min dollar və NARDP üzrə ayrılması planlaşdırılan vəsaitin qalan 365 min dolları isə təhlükəsizlik sektorunda tənzimləmələrə və islahatlara sərf olunacaq.


Sənəddə qeyd olunub ki, Azərbaycana Birləşmiş Ştatların köməyi həyata keçirilən islahatları sürətləndirmək məqsədi daşıyır. ABŞ-ın yardımları terrorçuluqla mübarizədə Azərbaycanın bacarıqlarını artıracaq, təhlükəsizlik strukturlarının NATO standartlarına uyğunlaşdırılmasına kömək göstərəcək.


Sənəddə xüsusi olaraq vurğulanıb ki, proqramlar Azərbaycanın zəngin resurslara malik Xəzər dənizində imkanlarını artırmaqla yanaşı, hava məkanının qorunmasına da kömək edəcək, sərhəd təhlükəsizliyini gücləndirəcək. Xəzər dənizində təhlükəsizliyi artırmaq üçün donanma heyətinə treninqlər keçiriləcək. Amerika strateji ticarətə dəstək məqsədilə sərhəd və gömrük xidmətlərinə xüsusi köməkliklər göstərəcək. Həmçinin müharibənin partlayıcı qalıqlarının ləğv edilməsi prosesinə dəstək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar