Kəmaləddin Heydərov İspaniya səfiri ilə görüşüb
12 mart 2011 11:53 (UTC +04:00)

Kəmaləddin Heydərov İspaniya səfiri ilə görüşüb

APA-nın nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə fövqəladə hallar sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək fövqəladə hallar sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.


Səfir, öz növbəsində, ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar