7 QHT bir koalisiyada birləşdi
07 mart 2011 20:03 (UTC +04:00)

7 QHT bir koalisiyada birləşdi

Bu gün bir qrup qeyri-hökumət təşkilat yeni koalisiya yaradıb. Vətəndaşların sosial problemlərinin həllinə dəstək missiyası daşıyacaq yeni koalisiyada 7 təşkilat təmsil olunur.

Koalisiyanın üzvü, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Lent.az-a bildirib ki, son dövrlər sosial problemlərlə bağlı ictimai təşkilatlara daxil olan kütləvi müraciətlər QHT-lərin belə bir koalisiya yaratmasına təkan verib. Onun sözlərinə görə, yeni koalisiyada Tərəqqi Sosial İnkişaf Birliyi (sədr Süleyman Dadaşov), Regional Gender Mərəzi (Şərqiyyə Dadaşova), Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi (İradə Rzazadə), Demokratik İnkişaf Platforması (Əli Quliyev), Qadınlar Arasında Həmrəylik Təşkilatı (Ruhəngiz Hüseynova), Məcburi Köçkünlərin Sosial Hüquq Mərkəzi (Əlövsət Sadıqov) və Müvəkkil Hüquq Mərkəzi təmsil olunur.

Səməd Vəkilov deyir ki, koalisiya vətəndaşlara sosial problemlərinin həllində həm informasiya təminatı, həm də hüquqi yardım göstərəcək. Onun sözlərinə görə, artıq yeni koalisiyanın ilk yığıncağı keçirilib və hazırda təşkilatın rəsmiləşdirilməsi istiqamətində iş aparılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar