Avtomobillərə qeydiyyat nişanına görə rüsum rəqəm və hərflərə görə müəyyən olunacaq
05 mart 2011 14:52 (UTC +04:00)

Avtomobillərə qeydiyyat nişanına görə rüsum rəqəm və hərflərə görə müəyyən olunacaq

Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.

Fərmanda Nazirlər Kabinetinə müntəzəm şəhərdaxili (rayondaxili) marşrutlar üzrə hərəkət edən avtobusların dayanacaq məntəqələrindən kənar yerlərdə sərnişinlərin minib-düşmələri üçün dayanmasına görə inzibati məsuliyyətin gücləndirilməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Fərmana əsasən, Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi (DİN) ilə birlikdə dörd ay ərzində iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu müəyyən etmək üçün DİN-in stasionar postlarında və siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yerlərdə (ümumi istifadədə olan avtomobil yollarında və yaşayış məntəqələrinin küçələrində) xüsusi ölçü alətləri, cihazlar və avtomobil tərəziləri quracaq. Dövlət başçısı həmçinin Nəqliyyat Nazirliyinə qanunsuz olaraq nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının açılması hallarını araşdırmaq, təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb etmək və gələcəkdə belə halların baş verməməsi üçün zəruri tədbirlər görmək, avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlar üzrə şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının marşrut şəbəkəsinin optimallaşdırılması üçün bir ay müddətində marşrut sxemlərində zəruri dəyişikliklər etmək və bu barədə əhalinin məlumatlandırmaq tapşırığı verib.

Nəqliyyat Nazirliyi bu fərmana əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu da müəyyənləşdirəcək.

Bununla əlaqədar imzalanmış başqa bir fərmana əsasən, Nazirlər Kabineti DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xidmətlərin göstərilməsi və sənədlərin verilməsi, həmçinin dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi və ya etibarnamə əsasında başqa şəxsə verilərkən qeydiyyatın aparılması prosedurunun sadələşdirilməsinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir. Hökumət həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsinə görə tutulan dövlət rüsumunun məbləğinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə diferensiasiya edilməsinə dair təkliflər hazırlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941

Oxşar yazılar