Müdafiə Nazirliyindən yenilik
04 mart 2011 19:15 (UTC +04:00)

Müdafiə Nazirliyindən yenilik

Müdafiə Nazirliyi bu gündən bölgələrdəki hərbi hissələrdə mətbuat nümayəndələri üçün “Açıq qapı" gününün keçirilməsinə başlayıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ilk tədbir Qusarda yerləşən N saylı hərbi hissəsində keçirilib.

Nazirliyin Tərbiyə İşləri İdarəsinin rəis müavini, hərbi tərbiyə və mənəvi psixoloji hazırlıq şöbəsinin rəisi Abdulla Qurbani bildirib ki, tədbirin məqsədi KİV nümayəndələrinə ordu quruculuğunda, hərbçilərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verməkdir.

Jurnalistlərə məlumat verilib ki, 2007-ci ildən bəri hərbi hissədə yenidənqurma işləri genişlənib. Məlumat verilib ki, hərbi hissədə tibb məntəqəsi, 690 yerlik iki əsgər yataqxanası, camaşırxana, müasir tələblərə cavab verən hamam müasir avadanlıqla təmin olunub. Artıq kənar bölgələrdən gələn hərbçilər kirayə yaşamayacaq. Belə ki, 75 yerlik şəxsi heyət üçün 5 mərtəbəli yaşayış binası tikilib. Bina bu yaxınlarda istifadəyə veriləcək. Bundan əlavə qərargah üçün 3 mərtəbəli bina da inşa edilib. Mətbuat nümayəndələri ilə birgə tikililərə baxış keçirilib.

Qeyd edək ki, "Açıq qapı"nın bütün bölgələrdə keçirilməsi planlaşdırılıb.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar