Vəfat edən müharibə əlilinin güzəştli mənzil uçotu ailə üzvləri üçün saxlanılacaq
04 mart 2011 18:05 (UTC +04:00)

Vəfat edən müharibə əlilinin güzəştli mənzil uçotu ailə üzvləri üçün saxlanılacaq

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanununa əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, millət vəkilləri layihə ilə bağlı fikirlərini bildirəndən sonra səsvermə keçirilib, sənəd qəbul olunub.

Qanuna əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanılacaq. Yəni dünyasını dəyişən müharibə əlillərinin ailələri mənzil almaq hüququndan istifadə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar