Milli Məclisin iclası başlayıb
04 mart 2011 13:05 (UTC +04:00)

Milli Məclisin iclası başlayıb

Lent.az-ın məlumatına görə, gündəliyə keçməzdən əvvəl hazırda deputatlar cari məsələlərlə bağlı öz rəy və təkliflərini bildirirlər.

Çıxış edənlərdən biri, millət vəkili Fazil Qəzənfəroğlu Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən modernləşdirilməsinə başlanmasına etiraz edib. O qeyd edib ki, Rusiyanın modernləşdirmə işləri aparması onun bu hərbi stansiyaya marağının uzun olacağını və oranı uzun müddətdə işlətmək niyyətində olduğundan xəbər verir.

Millət vəkili Zahid Oruc isə Qarabağ probleminin həllinə dair prezidentlərin sabah Soçidə başlayacaq görüşündən gözlənilən nəticələr barədə danışıb. O, Ermənistan prezidentinin hər danışıqlar ərəfəsində danışıqları pozmaq üçün ən müxtəlif vasitələrə əl atdığını, ictimaiyyətdə ajiotaj yaratdığını bildirib: “Mən qəti şəkildə bildirirəm ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmur. Ermənistan tərəfi hər zaman bu cür danışıqlar ərəfəsində prosesi pozmağa çalışırlar”.

Zahid Oruc onu da qeyd edib ki, danışıqların məhz Rusiyanın nəzarəti altında keçirilməsi birbaşa Ermənistanın maraqlarına cavab verir. O hesab edir ki, Rusiya ATƏT-in həmsədri kimi bu məsələdə obyektivliyini qorumalıdır. Əks halda danışıqların Rusiya ilə aparılmasının heç bir mənası yoxdur.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar