Xaçmazın bir kəndinin əhalisi Rusiyaya köçürülə bilər – EKSKLÜZİV
Görüşdə Rusiya Federasiyasının Miqrasiya Xidmətinin rəis müavini, Dağıstan Parlamentinin sədrinin müavini, Dağıstanın Milli Münasibətlər naziri, Rusiyanın Azərbaycandakı səfiri və konsulu, Azərbaycan tərəfdən isə Dövlət Miqrasiya Xidmətinin rəisi, Xaçmaz rayon icra hakimiyyətinin başçısı iştirak ediblər.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri ilə görüşən nümayəndə heyəti Rusiya vətəndaşlarına Azərbaycanda və yaxud Rusiyada yaşamaq üçün seçim etməli olduqları bildirilib. Həmçinin vurğulanıb ki, əgər kənd sakinləri Azərbaycanda yaşamağa qərar versələr, bu ölkənin vətəndaşlığını qəbul etməli və yerli qanunlara riayət etməlidirlər.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar apardığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan tərəfi Xrakobada yaşayan Rusiya vətəndaşlarına istisna hal olaraq ikili vətəndaşlıq verməyə hazırdır. Vladimir Doroxin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Xrakoba kəndinin Azərbaycanın tarixi ərazisi olduğunu bildirib.
Rusiya nümayəndələri bildiriblər ki, kənd sakinlərinin hamısının Rusiyaya köçməsi variantı da müzakirə oluna bilər. Rusiyanın Miqrasiya Xidmətinin rəis müavini, bu halda vətəndaşlara hər cür şərait yaradılacağını bildirib.
Qeyd edək ki, Xaçmazın Xrakoba kəndində 260 Rusiya vətəndaşı yaşayır.
Vəli Turan

559