Sabah parlamentin növbəti iclasıdır
03 mart 2011 17:13 (UTC +04:00)

Sabah parlamentin növbəti iclasıdır

Martın 4-də Milli Məclisin növbəti iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Lent.az-a bildirib ki, sabahkı iclasın gündəliyinə daxil edilmiş birinci məsələ İnsan haqları üzrə müvəkkil Elmira Süleymanovanın illik hesabatının dinlənilməsidir. Bundan başqa, sabah parlament bir sıra beynəlxalq sazişləri də təsdiq edəcək.

Akif Nəsirov deyib ki, sabah millət vəkilləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə, yol hərəkəti qaydalarında təklif edilən əlavə və dəyişiklikləri, habelə gömrük tarifləri, yeyinti məhsulları, notariat, dərman vasitələri haqqında qanunlara dəyişiklikləri müzakirə edəcəklər. Martın 4-dəki iclasın gündəliyinə salınmış digər qanun layihəsi isə “Əlilliyin və uşaqlarının sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar