“Keşikçi dağındakı kilsə Azərbaycanın tarixi abidəsidir”
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı növbəti danışıqların Tiflisdə keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. Onun sözlərinə görə, görüşün tarixi rəsmi Tiflisdən asılıdır: “Gürcüstanlı həmkarlarımız, diplomatik kanallar bizi nə vaxt dəvət etsələr, məsələnin müzakirəsi üçün Tiflisə gedəcəyik”.
Q.Məmmədov deyib ki, Azərbaycanın Gürcüstanla sərhədi 480 km-dir. Onun 300 km-ə yaxını razılaşdırılıb, təxminən 180 km isə hələ razılaşdırılmamış qalıb: “Hazırda bunun üzərində ekspertlər səviyyəsində iş aparılır. Müəyyən nəticələr əldə olunub”.
Q.Məmmədov Gürcüstan tərəfinin Keşikçi dağının həmin ölkənin hər hansı ərazisi ilə dəyişdirilməsi barədə səsləndirdiyi təklifə də münasibət bildirib: “Hardasa hansısa məscid, kilsə varsa, onunla sərhəd müəyyən olunmur. Bunlar sərhəd predmeti deyil. Bizim növbətçi xəritəmiz var. SSRİ dövründə biz 70 ildən çox belə yaşamışıq. SSRİ-nin tərkibində olan vaxt hər bir müttəfiq respublikanın öz sərhədi olub. Növbətçi xəritədə də bu, əksini tapıb. Bu gün də biz o cür yaşayırıq. Sadəcə, indi sərhədləri yenidən dəqiqləşdirmək üçün bu xəritəni müstəqil dövlətlərlə razılaşdıraraq müqavilə imzalayırıq. Hələ bu haqda bir neçə il əvvəl ölkə prezidenti də fərman imzalayıb. Keşikçi dağındakı kilsə bizim tarixi abidəmizdir və Azərbaycanın balansındadır. Kimsə - gürcü və ya qeyrisi bu abidəni ziyarət etmək istəyirsə, gəlib etsin. Biz buna görə heç kimi heç nə demirik”.

550