Londonda Xocalı faciəsinə həsr edilmiş klassik konsert keçirilib - FOTO
02 mart 2011 13:53 (UTC +04:00)

Londonda Xocalı faciəsinə həsr edilmiş klassik konsert keçirilib - FOTO

İslam Konfransı Gənclər Forumundan Lent.az-a verilən məlumata görə, konsertdə 200-ə yaxın qonaq, o cümlədən bir neçə parlament üzvü, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri və Böyük Britaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirakçılara Dağlıq Qarabağ həqiqətləri və Xocalı qətliamı haqqında məlumatlar verilib, “Xocalıya Ədalət” kampaniyasının 2 illik fəaliyyətini əks etdirən şəkil qalereyası təşkil olunub. Eyni zamanda rusiyalı jurnalist Viktoriya İvleva tərəfindən Xocalı faciəsi zamanı çəkilmiş şəkillərin ictimaiyyət üçün ilk təqdimatı keçirilib. Böyük Britaniya parlamentinin üzvü Kris Pinçer çıxışında qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Xocalıda baş verənləri siyasi cəhətdən tanımaq və öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının bərpası uğrunda mübarizə aparmaq bir məsuliyyət məsələsidir: “Məcburi köçkünlər öz evlərinə qayıtmalı və bu işdə biz Azərbaycana dəstək olmalıyıq.”

Konsertdə yerli musiqiçilərdən başqa azərbaycanlı skripka ifaçısı 22 yaşlı Nəzrin Rəşidova və qızlardan ibarət “FeMusa” Ansamblı çıxış ediblər. Qrupda Elgar, Greig and Brit Ten kimi musiqiçilər Azərbaycan bəstəkarları Asəf Zeynallı, Fikrət Əmirov və digər xarici klassiklərin bəstələrini ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar