“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq”
01 mart 2011 17:24 (UTC +04:00)

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq”

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda iki günlük beynəlxalq konfrans keçiriləcək. Martın 2-3-də nəzərdə tutulan tədbir Beynəlxalq Mətbuat Mərkəzində (Ünvan: Mətbuat prospekti 529-cu məhəllə - Azərbaycan Mətbuat Evi, 6-cı mərtəbə) baş tutacaq.

Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları «Etik jurnalist təşəbbüsləri - Azərbaycan» layihəsi çərçivəsində düzənlənəcək konfransda xarici və yerli ekspertlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin, jurnalist təşkilatları nümayəndələrinin, dövlət rəsmilərinin və ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulur.

Tədbirdə Azərbaycan mediasının mövcud durumu, şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri, redaksiya müstəqilliyi və digər məsələlərlə bağlı çıxışlar dinlənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. Toplantıda həmçinin «Azərbaycanda media etikası, şəffaflıq və redaksiya müstəqilliyi» bəyannaməsinin müzakirəsi və imzalanması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar