Tunisdə Xocalı faciəsi anılıb
01 mart 2011 13:34 (UTC +04:00)

Tunisdə Xocalı faciəsi anılıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tunisdə baş vermiş son hadisələrə baxmayaraq, mərasimdə burada daimi yaşayan həmvətənlilərimiz və yerli ictimaiyyətin bir sıra nümayəndələri iştirak ediblər.

Tədbiri Nümayəndəliyin müvəqqəti işlər vəkili M.İmanzadə açıb. Daha sonra diasporumuzun nümayəndələri çıxış edərək Xocalıda baş vermiş kütləvi qırğınını beynəlxalq qanun çərçivəsində qətliam və etnik təmizləmə hadisəsi kimi qiymətləndiriblər.

Yığıncağın sonunda toplantı iştirakçılarına Xocalı faciəsini əks etdirən çoxsaylı kitab, şəkil, buklet və digər əyani vəsaitlər təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar