Prezident İlham Əliyev Abdulla Gülə baş sağlığı verib
Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölkəmizdə böyük hörmət və nüfuza malik idi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
736