Fuad Ələsgərov: “Korrupsiya ilə mübarizə tədbirləri kampaniya xarakterli deyil”
“Həyata keçirilən korrupsiya ilə mübarizə tədbirləri kampaniya xarakterli deyil, bu proses bütün sahələrdə davam etdiriləcək”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 14 yanvar tarixli iclasından sonra ölkə prezidentinin tapşırığı ilə bütün strukturlarda korrupsiya ilə mübarizə tədbirlərinə başlanıb. Artıq bununla bağlı iki sahədə - gömrük və yol polisində şəffaflığın təmin olunması üçün dövlət başçısı tərəfindən iki sənəd də imzalanıb: “Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur və bu sahələrdə şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılacaq. Gömrük məntəqələrində “bir pəncərə” sistemi yaradılacaq. Məsələn, avtomobil alıb Azərbaycana gətirən şəxs avtomobilin dövlət qeydiyyatı, dövlət nömrə nişanının alınmasını və s. prosedurları bir pəncərəyə müraciət etməklə həyata keçirəcək. Bütün bu prosedurlar bank plastik kartları və post terminallar vasitəsi ilə həyata keçiriləcək. Həmçinin “elektron növbə” sistemi tətbiq olunacaq”.
F. Ələsgərov yol polisində də cərimələrin bank vasitəsi ilə aparılacağını, bu sahədə hər hansı ünsiyyət olmayacağını da qeyd edib.
PA rəsmisi jurnalistlərin “Prezident Administrasiyasına hansı sahələrdə korrupsiya faktları ilə bağlı daha çox şikayət edilir” suallarına cavab olaraq bunları deyib: “Kim hansı sahə ilə daha çox kontaktda olursa, o sahədən də daha çox şikayət edir. Məsələn, sürücülər yol polisindən, xəstələr xəstəxanadan, sahibkarlar vergidən şikayət edirlər”.

568