Azərbaycanlı tələbələr Almaniyada etiraz nümayişi etdilər
Lent.az-a verilən məlumata görə, asas məqsədi Xocalı faciəsi ilə bağlı həqiqətlərin Almaniya ictimaiyyətinin diqqətinə çatdırmaq olan nümayişin keçirilməsinə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və Xocalıya Ədalət kampaniyası dəstək verib.
Yüzlərlə insanın iştirak etdiyi nümayişə azərbaycanlı və türkiyəli tələbələr, diaspora nümayəndələri və yerli türk icmasının nümayəndələri qoşulub.
Nümayiş Kassel şəhərinin mərkəzi meydanından başlayaraq şəhər meriyasının qarşısına qədər davam etdirilib. Yürüş zamanı iştirakçılar tərəfindən “Biz nə istəyirik? – Xocalıya ədalət”, “Ey, ey Sərkisyan, Qarabağı tərk et!”, “Erməni işğalına son!”, “Erməni təcavüzünə son!”, “Xocalıya ədalət!” və s. kimi şüarlar səsləndirilib.
Nümayiş iştirakçıları Xocalı faciəsi ilə bağlı əllərində olan buklet, kitab və CD-ləri qarşılarına çıxan almanlara paylayıblar.
Təşkilat Komitəsinin nümayəndəsi Sultan Zahidovun verdiyi məlumata əsasən, nümayişi heyrətlə izləyən almanlar məsələ ilə yaxından maraqlanmış və ermənilərin Azərbaycanda törətdikləri bu hadisələri kəskin şəkildə pisləyiblər.
Kassel şəhər meriyasının rəsmi razılığı ilə təşkil olunan nümayişin sonunda təşkilatçılar tərəfindən müxtəlif çıxışlar səsləndirilib, dünya ictimaiyyətindən, xüsusilə də alman xalqından Xocalıda baş vermiş hadisələrə ədalətli qiymətin verilməsi tələb edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29