Leyla Əliyeva: “Təəssüf ki, hələ də Xocalı faciəsinə ikili standartlardan yanaşılır”
27 fevral 2011 12:37 (UTC +04:00)

Leyla Əliyeva: “Təəssüf ki, hələ də Xocalı faciəsinə ikili standartlardan yanaşılır”

Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti 26 fevral tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müsahibəsini dərc edib.

Qəzet yazır ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində daha bir layihənin - Azərbaycanın məşhur rep qrupu “Dəyirman”ın və ABŞ Xarici İşlər Nazirliyinin xoşməramlı səfiri Toni Bləkmən ilə birlikdə ifa etdiyi “Xocalıya ədalət” klipinin ərsəyə gəlməsinə Leyla xanım Əliyeva yaxından dəstək verib.

“Hürriyyət”ə müsahibəsində Leyla xanım Əliyeva deyib: “Xocalıya ədalət” istəyən hər bir kəs insanlığın səsini dinləmiş olar. Dünya ictimaiyyəti Xocalı qətliamından sonra konkret və işlək bir mexanizm yaratmamışdır. Təəssüf ki, hələ də bu faciəyə ikili standartlardan yanaşılır. Ermənilər “dünya bunu tez unudar” düşüncəsi ilə bir gecədə 613 nəfəri qətlə yetirmişlər. Qətlə yetirilənlər arasında 106 qadın, 63 uşaq vardır. Səkkiz ailə tamamilə məhv edilmişdir. Bu gün güvənə biləcəyimiz dövlətimiz vardır. Bu cinayəti bütün dünyada tanıtmaq məqsədi ilə 2009-cu ildən etibarən “Xocalıya ədalət” kampaniyasına başlamışıq. Kampaniyamızın uğurla davam etməsi üçün www.justiceforkhojaly.org saytını yaratmışıq. Qardaş Türkiyə Respublikasına və türk xalqına bizə verdiyi dəstəyə görə təşəkkürlərimizi bildiririk.

Kampaniya çərçivəsində 30 ölkədə tədbirlər keçirilir. Vaşinqton, Ankara, Brüssel, Cakarta, Ottava, Berlin, Abu-Dabi, Paris və San-Paulu kampaniyanın həyata keçirildiyi şəhərlərdən bir neçəsidir”.

Trend
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165

Oxşar yazılar