Xocalı soyqırımının qurbanları Mərakeşdə anılıb
26 fevral 2011 19:40 (UTC +04:00)

Xocalı soyqırımının qurbanları Mərakeşdə anılıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə Mərakeş Krallığı dövlət adamları, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, İSESKO-nun, Rabatda akkreditə olunmuş diplomatik korpusun, KİV və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Ş.Sayılovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Mərasimin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin Mərakeş Krallığındakı səfiri S.Ağabəyov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı çətinliklərdən, yağı düşmən tərəfindən törədilmiş bu qanlı qırğının mahiyyətindən və ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsindən danışıb.

Səfirliyin müşaviri İ.Əliyev mərasimdə çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, münaqişənin həlli istiqamətində Azərbaycan Respublikası rəhbərliyinin mövqeyi və göstərdiyi cəhdlər, beynəlxalq təşkilatlarda münaqişənin müzakirəsi, Xocalı soyqırımı haqqında iştirakmılara məlumat verib.

Sonra Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.əl-Fəqiri, keçmiş SSRİ ali məktəb məzunları cəmiyyətinin sədri M.Lhbus, Mərakeş-Rusiya Dostluq Cəmiyyətinin sədri A.əl-Bəhravi Xocalı şəhidlərinin xatirəsini yad edərək, Azərbaycana ğarşı erməni təcavüzünü pisləyən, münaqişənin sülh yolu ilə həllinə çağıran çıxışlar ediblər.

Mədəniyyət evinin geniş foyesində Xocalı faciəsi və Azərbaycan Respublikası adlı guşələr yaradılıb və hər guşədə mövzuya dair fotoşəkillər və kitablar nümayiş etdirilib.

Səfir S.Ağabəyov Mərakeş Krallığı Xəbərlər Agentliyinə, “Diplomatika”, “L’opinion”, Əl-Harəkə”, əlAləm” qəzet və jurnallarının nümayəndələrinə müsahibə verib.

Tədbirin sonunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən gətirilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanda törədilmiş terror aktları və Xocalı faciəsindən bəhs edən “Erməni terroru” adlı sənədli film göstərilib. Ümumxalq hüzn günü ərəfəsində Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə, Mərakeşdə akkreditə olunmuş diplomatik korpus və təşkilatlara səfirlik tərəfindən hazırlanmış, Xocalı faciəsi ilə bağlı məlumat xarakterli yazılar göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar