Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Türk Tarix Qurumu Erməni Masasının qurucu başqanı, professor, doktor Hikmət Özdəmir türk-erməni münasibətləri haqqında məruzə edib.
H.Özdəmir türkiyəlilərin azərbaycanlılara xüsusi önəm verdiklərini deyib: “Türkiyəlilər azərbaycanlılardan başqa heç bir xalq üçün “can” sözünü işlətməyiblər. Biz azərbaycanlılara “Can Azərbaycan” deyə səslənirik. On ildir ki, ermənilərin türklərə qarşı törətdiyi vəhşiliklə bağlı araşdırma aparıram. Ermənilər silahsız insanları qətlə yetirməyi, sui-qəsd etməyi yaxşı bacarırlar. Bütün bunlar onların kitablarında yazılıb”.
Hikmət Özdəmir ermənilərin 1918-23 və 1973-1994-cü illərdə də Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərdən danışıb: “1915-ci ildə Xocalı soyqırımı kimi bir vəhşilik də ermənilər tərəfindən Qars və Ərdəhanda törədilib. Həmin vaxt 25 azyaşlı uşaq ermənilər tərəfindən tikə-tikə doğranılıb. Bunlar rus tədqiqatçıları tərəfindən də təsdiq olunub. Bütün bu vəhşiliklərin sonunda isə Xocalı soyqırımı baş verdi. Biz Xocalı dərdini çox gözəl başa düşürük. Çünki bizim düşmənimiz birdir”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıc da erməni vəhşiliklərindən danışıb: “Biz bir millət, iki dövlətik. Dərdimiz də, sevincimiz də birdir. Bu gün hərdən Türkiyəni Azərbaycanın qonşu olduğu digər ölkələrə müqayisə edirlər. Lakin Türkiyə-Azərbaycan münasibətləri müqayisə oluna bilməz. Ermənilər tarixən belə vəhşiliklərə əl atıblar”.
Tədbirdə Azərbaycanın Milli Məclisinin deputatları da iştirak ediblər.

543