Argentinada da Xocalı soyqrımı anılıb
26 fevral 2011 16:49 (UTC +04:00)

Argentinada da Xocalı soyqrımı anılıb

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Argentina ictimai-siyasi dairələrinin, gənclər qurumlarının, qeyri-hökumət təşkilatlarının, ölkədəki müxtəlif dini icmaların, KİV nümayəndələrinin və Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Anım mərasimində çıxış edən səfir Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz, xüsusilə də Xocalı soyqırımı barədə danışıb. Daha sonra Argentinada səfərdə olan Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov da Xocalı soyqırımı və onun qurbanları ilə bağlı xatirələrini bölüşüb.
Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş Xocalı soyqırımının acı nəticələrini əks etdirən “Dua” sənədli filmi nümayiş olunub.
Filmin nümayişinin ardınca Xocalıya Ədalət Kompaniyası çərçivəsində Argentinada yaradılmış internet saytı http://www.justiciaparajodyali.org.ar iştirakçılara təqdim edilib.
Tədbir çərçivəsində aidiyyəti mövzuda fotosərgi də nümayiş etdirilib.
Səfir M.Əhmədzadə tədbirə qatılmış müxtəlif KİV nümayəndələrinə soyqırımla əlaqədar fərdi müsahibələr verib, habelə, soyqırımın anılması münasibətilə Səfirlik tərəfindən hazırlanmış press-reliz ölkənin geniş ictimaiyyəti arasında yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar