İstanbulda Qafqazdakı qətliamlara həsr olunmuş sənədli film nümayiş olunacaq
26 fevral 2011 15:49 (UTC +04:00)

İstanbulda Qafqazdakı qətliamlara həsr olunmuş sənədli film nümayiş olunacaq

Bu barədə Lent.az-a Azərbaycanın tanınmış telejurnalisti Sevil Nuriyeva məlumat verib. Onun sözlərinə görə, saat 19-da Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə filmin təqdimatı keçiriləcək. Daha sonra isə qonaqlarla bərabər filmə baxış olacaq.

“Qafqaz İslam Ordusu 1918-ci il” sənədli filmi erməni-rus qüvvələrinin təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda törətdiyi qətliamlara həsr olunub. Film “Cordoba Production” şirkəti tərəfindən istehsal olunub, Azərbaycan üzrə məsləhətçisi və müəllifi Sevil Nuriyevadır.

S.Nuriyeva həmçinin qeyd etdi ki, filmdə əsas diqqət rus-erməni birləşmələrinin Azərbaycan və Dağıstanda törətdiyi hadisələrə yönəldilib. Sənədli filmdə Qafqaz İslam Ordusunun həmin müddətdə, yəni Osmanlı imperiyasının süquta uğradığı bir zaman kəsiyində zülm edilən xalqlara etdiyi köməklik, onları zülmdən qurtarması diqqətə çatdırılır.

Qeyd edək ki, yeni çəkilmiş sənədli filmdə Azərbaycanın xalq artisti Azərinin xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə oxuduğu mahnı, eyni zamanda xalq artisti Brilliant Dadaşovanın səsləndirdiyi mahnılar da yer alıb.

Filmin təqdimatı və baxışında Türkiyə hökumətinin rəhbərliyi ilə yanaşı, Azərbaycandan getmiş nümayəndə heyəti və sənətçilərimiz də iştirak edəcək.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar