Piter Semnebi: “Avropa İttifaqı Azərbaycanın kədərinə şərikdir”
APA-nın məlumatına görə bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün keçirdikləri mətbuat konfransında deyiblər.
Diplomatlar Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun vaxtsız vəfatından da kədərləndiklərini söyləyiblər. Piter Semnebi mərhum Fuad İsmayılovla yaxın dost olduqlarını deyib: “ATƏT çərçivəsində bir çox görüşlər keçirmişik. Son dəfə onunla iki həftə öncə görüşmüşdüm. Çox peşəkar diplomat idi, ölkəsini gözəl təmsil edirdi, gözəl analitik idi, öz fikirlərini digərlərinə çatdırmağı bacarırdı və çoxlu dost qazanmışdı”.

413