Şotlandiyalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq
Şotlandiyalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq. APA-nın məlumatına görə, bu barədə Avropa Azərbaycan Cəmiyyətinin nəşr etdiyi “Visions of Azerbaijan” jurnalının məsləhətçi redaktoru, yazıçı Fiona MakLaxlan Şotlandiyadakı “Perthshire Advertiser” adlı online qəzetə Xocalı faciəsi haqqında verdiyi müsahibədə bildirib. Hazırda Fiona MaklaxLan Avropa Azərbaycan Cəmiyyəti ilə birgə Xocalı faciəsinin dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə kitab layihəsi üzərində iş aparır. O “Perthshire Advertiser” online qəzetinə verdiyi açıqlamada bildirib ki, Xocalı qırğınını yenidən anmaq üçün bu ilin yanvarında Bakıda səfərdə olub, burada məskunlaşan Xocalı sakinləri ilə görüşərək onlardan müsahibə alıb. O deyir: “1992-ci ilin fevralında erməni və rus silahlı qüvvələri Xocalıda 600-dən çox insan qətlə yetirilib. Qaçqınlarla üç gün görüşüb, danışdım və onların əhvalatları ilə tanış oldum. Yəqin təsəvvür edərsiniz: bu, dəhşət idi. Faciə gecəsi hava qaranlıq, qarlı və şaxtalı idi. Xocalıdan olan ailələr, böyük əksəriyyəti elə gecə paltarında, mümkün yeganə yolla qonşu rayona getməyə çalışarkən, gülləbaran edilmişdilər. Bu yol, buz kimi soyuq çaydan, meşə boyunca yuxarı dırmanmaqdan keçirdi. Qar qan rəngində idi. Xocalı faciəsindən qurtulanların, hazırda Azərbaycanın daxilində məcburi köçkün kimi, əsrarəngiz və münbit dağlıq ərazilər olan öz ata-baba məskənlərindən kilometrlərlə uzaqda amansız münaqişəyə dair xatirələrlə yaşamaqdan başqa çarələri yoxdur”.
1063