Litvada Xocalı soyqırımı qurbanları anılıb
Tədbir Litva Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşəbbüs qrupu tərəfindən təşkil olunub.
Tələbələrin təşəbbüs qrupunun rəhbəri Samir Musayevin Lent.az-a verdiyi məlumata görə, yüz nəfərə yaxın yerli və xarici tələbənin, o cümlədən Vytautas Maqnus Universitetinin müəllim heyətinin qatıldığı tədbir saat yarım davam edib. Azərbaycan himni səsləndikdən sonra Azərbaycan tarixinə həsr olunmuş video çarx nümayiş olunub. Tədbirin əsas hissəsində Xocalı soyqırımı ilə bağlı çıxış olub və qısa metrajlı film göstərilib. Bundan başqa ingilis və Litva dillərində hazırlanan bukletlər çap edilərək tələbələr arasında paylanıb. Sonda insanlar informasiya ilə təmin edildikdən sonra, həqiqətən, bu hadisələrin ermənilər tərəfindən törədilməsini öz imzaları ilə təsdiq ediblər: “Ümumiyyətlə, son zamanlar xaricdə təhsil alan Azərbaycanlı tələbələrin ölkəmizin tanıtımı ilə bağlı həyata keçirdiyi tədbirlər geniş vüsət alıb və bu da çox sevindirici haldır. Biz, Litva Respublikasında təhsil alan tələbələr də bu ənənəyə sadiq qalaraq bu sahədə fəaliyyətimizi davam etdiririk. Litva Respublikasında təhsil alan tələbələrin təşəbbüs qrupunun rəhbəri olaraq deyə bilərəm ki, hər zaman ölkəmizin tanıtımı və tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni əsirgəmirik. Bu sahədə də uğurlu nəticələrimiz olub. Yanvar ayının 6-da təşkil etdiyimiz “Azərbaycan Mədəniyyət Gecələri” adlı tədbir də bu tipli uğurlarımızdandır”.
Samir Musayev onu da nəzərə çatdırıb ki, adı gedən ölkədə təhsil almaq üçün Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından buraya göndərilib. Onların bir qismi Vilnüs, digərləri isə Kaunas şəhərində təhsil alır.

672