Azərbaycan prezidenti Piter Semnebini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 25-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Piter Semnebini fəaliyyəti müddətində Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
423