Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin Azərbaycan səfəri başa çatıb
Fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə gələn BİM-nin direktoru Alison Betel Mckenzin və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri fevralın 25-də yekunlaşıb. Bu gün BMİ rəsmiləri Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə İnkişafına Dəstək Fondunda olublar və Fondun icraçı direktoru Səfərli Vüqarla görüşüblər. S.Vüqar Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipi, eyni zamanda, Azərbaycanda son illərdə medianın inkişafı istiqamətində dövlətin gördüyü işlər barədə ətraflı məlumat verib.
Sonra qonaqlar Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər. Xanım Alison səfərin nəticələrindən olduqca razı qaldıqlarını, sözün əsl mənasında gərgin qrafiklə müşayiət olunan bu günlərdə 20-yə yaxın səmərəli rəsmi və qeyri rəsmi görüş reallaşdırdıqlarını vurğulayıb. O, deyib ki, Azərbaycanın bütün qütblərini əks etdirən media qurumları və KİV rəhbərləri, o cümlədən, rəsmi dövlət adamları ilə keçirilən görüşlər həm Azərbaycan jurnalistləri, həm də BMİ-nin bu regionda gələcəkdə daha da səmərəli fəaliyyəti üçün çox əhəmiyyətlidir. BMİ direktoru BMİ-nin Milli Komitəsindən, onun rəhbəri U.Rəhimoğlunun fəaliyyətindən çox razı qaldığını vurğulayıb. Mətbuat konfransından sonra qonaqlar İREX-in Azərbaycan nümayəndəliyində olub və qurumun səlahiyyətli nümayəndələri ilə müzakirələr aparıblar.
Günün ikinci yarısında onlar BMİ-nin Milli Komitəsinin nümayəndələri ilə görüşüb, səfərin nəticələrini müzakirə ediblər. BMİ rəsmiləri axşam saatlarında Azərbaycanı tərk ediblər.
Xatırladaq ki, 21-25 fevralda qonaqlar ölkənin aparıcı qəzet və agentliklərin rəhbərləri ilə görüşüb, Azərbaycan Mətbuat Şurasında, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərinin redaksiyalarında, İctimai Televiziyada, ATƏT –in Bakı ofisində, Açıq Cəmiyyət İnstitutunda, Bakı Slavyan Universitetində, Beynəlxalq Media Mərkəzində olublar. Azərbaycan Respublikası Prezident Administarsiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla, hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüblər. Səfər zamanı BMİ rəsmiləri ölkənin aparıcı KİV-lərinə, televiziya kanallarına açıqlamalar veriblər. A.B.Mckenzi “Azadlıq” radiosunda “işdən sonra” verlişinin qonağı olub.
Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nik Nvolisa müşayiət edib.
Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın əksər ölkələrində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində 22 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırlar.

591