MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı faciəsi anılıb
25 fevral 2011 16:01 (UTC +04:00)

MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı faciəsi anılıb

Lent.az-ın məlumatına görə, akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini – qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı danışıb. Bildirib ki, 26 fevral faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir.


Sonda İ.Allahverdiyev akademiyanın zabit və kursant heyətini erməni təcavüzünün günahsız qurbanlarının qisasını almağa, itirilmiş torpaqların geri qaytarılması uğrunda son və həlledici mübarizəyə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmrinə hər an hazır olmağa çağırıb.


Tədbirdə çıxış edən kursantlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarını, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.



Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar