Təzəpir məscidində vəfat etmiş səfirimizlə vida mərasimi keçirilib
25 fevral 2011 15:43 (UTC +04:00)

Təzəpir məscidində vəfat etmiş səfirimizlə vida mərasimi keçirilib

APA-nın məlumatına görə, saat 12.00-da başlanan vida mərasiminə mərhumun qohumları, diplomatik korpusun təmsilçiləri, hökumət rəsmiləri qatılıblar. Səfirlə vida mərasiminə gələnlər arasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Nadir Hüseynov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, digər hökumət təmsilçiləri, millət vəkilləri, ziyalılar da olub. Vida mərasiminə gələnlər mərhumun valideynləri, xanımı, uşaqları və digər yaxınlarına başsağlığı verirlər.


Xatırladaq ki, Fuad İsmayılov 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur. “Assa-İradə” Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək fəaliyyətinə başlayıb. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsində, 1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci il martın 7-də Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səmərəli fəaliyyətinə görə 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunub. Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT, BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, eyni zamanda, Sloveniya və Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri idi. Fuad İsmayılov uzun sürən xəstəlikdən sonra fevralın 23-də Vyanada vəfat edib.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar