Budapeştdə orijinal Xocalı aksiyası
25 fevral 2011 15:09 (UTC +04:00)

Budapeştdə orijinal Xocalı aksiyası

Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhərin tarixi mərkəzindəki Andraşi küçəsində və Oktoqon meydanında səfirliyin əməkdaşları və Budapeşt ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr vətəndaşlara üzərində “Xocalıya ədalət!” (Juctice for Khojalu!) sözləri yazılmış köynəklər, döş nişanları, bukletlər, xəritələr, plakatlar və kiçik Azərbaycan bayraqları paylayıblar.


İki saat ərzində maraqlanan vətəndaşlara macar və ingilis dillərində Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi təcavüzkar siyasət, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, silahlı münaqişə nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkilər, erməni vandalları tərəfindən dağıdılan mədəniyyət abidələri və qaçqınlarının vəziyyəti haqqında məlumat verilib. Budapeşt meriyasının rəsmi icazəsi ilə keçirilən aksiya şəhər sakinlərində böyük maraq doğurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar