Volox: “Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına abırsızcasına yanaşır”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni cinayətkarlarının dinc azərbaycanlılara qarşı törətdiyi Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunan tədbir Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyev tərəfindən təşkil olunub.
Əvvəlcə Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda çəkdiyi videogörüntülər, sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş general-mayor Aleksandr Voloxun videomüraciəti nümayiş olunub. A. Volox bildirib ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımına laqeyd, hətta abırsızcasına yanaşır. Onun sözlərinə görə, bu faciə problemin obyektiv həll edilməsi üçün mənəvi dönüş olmalı idi: “Bu, müstəqillik uğrunda müharibə deyildi, ərazi işğalı uğrunda müharibə idi. Günahsız insanları öldürən və bu dəhşətli faciəni törədənlərə hərbi cinayətkar adı verilməlidir”.
“Qarabağ gündəliyi” kitabının müəllifi, akademik Yuri Pompeyev, şair-publisist, “Qəlb yaddaşı” kitabının müəllifi Aleksandr Fomenkov, publisist Aviqdor Eksin, Strateji İnkişaf Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk çıxışlarında Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. A. Fomenkov soyqırımı tərədən şəxslərin hazırda Ermənistanda yüksək vəzifə tutduqlarını vurğulayıb: “Xocalıdakı qırğına rəhbərlik edənlər - Serj Sarkisyan Ermənistanın prezidenti, Seyran Ohanyan isə müdafiə naziridir. Onlar çıxışlarında törətdikləri cinayətləri etiraf ediblər. Ona görə də cəzalarını almalıdırlar”.

1299