Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin toplantısında iştirak edib
25 fevral 2011 12:14 (UTC +04:00)

Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin toplantısında iştirak edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda GUAM çərçivəsində aparılan işlərin nəticələri və perspektiv planlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.


Tədbir çərçivəsində nazir E.Məmmədyarov Moldova baş nazirinin müavini və xarici işlər naziri cənab Yuri Leanka ilə görüş keçirib. Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edilib.


E.Məmmədyarov fevralın 24-də Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Ukrayna prezidenti Azərbaycanla Ukrayna arasında münasibətlərin inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndiyini yüksək qiymətləndirib. Prezident V.Yanukoviç Azərbaycanın prezidenti cənab İlham Əliyevlə Davos İqtisadi Forumunda keçirdiyi görüşünün ona yüksək təəssürat bəxş etdiyini qeyd edərək, Azərbaycan prezidenti ilə müştərək layihələr və təşəbbüsləri müzakirə etdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar