Azərbaycan Prezidenti Əliyev ABŞ dövlət katibinin birinci müavinini qəbul edib
0
0
Lent.az AzərTAc-a istinadən bildirir ki, əvvəlcə prezidentlə ABŞ dövlət katibinin birinci müavini arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib. Ceyms Staynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını prezident İlham Əliyevə çatdırıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.