Azərbaycanın Küveytdəki səfirliyində Xocalı faciəsinin qurbanları anılıb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirə Küveytdə yaşayan, çalışan həmvətənlərimiz, habelə ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar.
Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən “Xocalı qurbanları” fotosərgisi ilə müxtəlif illərdə çap olunan nəşrlərlə tanış olub, qanlı faciə barədə çəkilən sənədli filmə baxıblar.
Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Perfect Printing Services” mətbəəsində ərəb dilində çap olunan “26 fevral 1992-ci il –Xocalı faciəsi” adlı kitab, ərəb dilində Xocalı faciəsinə həsr olunan sənədli filmin DVD-si və səfirliyin bəyanatı tədbir iştirakçılarına təqdim olunub. Bu kitab və disk şəklində sənədli film Küveytin rəsmi qurumlarına, kitabxanalarına və kütləvi informasiya vasitələrinə də göndərilib.

732