Ceyms Steynberq: “Bu tərəfdaşlığı genişləndirmək istəyirik”
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq verib. O, ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini vurğulayıb: “ABŞ Azərbaycanla əlaqələrə önəm verir və bu əlaqələri davam etdirmək istəyir. Azərbaycanla ABŞ arasında güclü strateji tərəfdaşlıq var. Biz bunu genişləndirmək və daha dərinləşdirmək istəyirik”.
Ceyms Steynberq daha sonra qeyd edib ki, ABŞ Azərbaycanın NATO çərçivəsində Əfqanıstanda sülhyaratma prosesində iştirakını dəstəkləyir. Dövlət katibinin müavini bu gün Azərbaycan prezidenti, daha sonra ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyini deyib. O, keçirəcəyi görüşlərdə bir neçə regional və ikitərəfli əlaqələr barədə müzakirələr aparılacağını deyib.
Azərbaycanda görülən antikorrupsiya tədbirlərini, demokratik islahatları alqışladıqlarını deyən ABŞ təmsilçisi bu prosesin davamlı olacağına ümidvar olduğunu vurğulayıb. ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı danışıqlar prosesində yaxından iştirak etdiyini deyən qonaq bildirib ki, münaqişənin Helsinki prinsiplərinə əsasən, sülh yolu ilə həllini istəyirlər.
İrəvanda olan zaman Ermənistan tərəfinin Qarabağ problemi ilə bağlı mövqeyini öyrəndiyini bildirən C.Steynberq “indi prezident İlham Əliyevin mövqeyini öyrənəcəyəm, biz istəyirik ki, hansısa bir ortaq nəticənin əldə olunması üçün hər iki tərəf səy göstərsin”, deyib.

577