Türkiyədə Xocalı soyqırımına həsr olunmuş sərgi
24 fevral 2011 16:59 (UTC +04:00)

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş sərgi

Diasporla İş üzdə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycan Evi Dərnəyi, Türkiyə Azərbaycan Gənclər Təşkilatı, Kocaeli Krım Tatarları Dərnəyi, Kocaeli Roman Dərnəkləri Federasiyası, Kocaeli Rumeli Dərnəyi, Kocaeli Maarifçilər Ocağı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Sibel Gönül, şəhər bələdiyyəsi nümayəndələri və digərlərinin iştirak etdiyi sərgini giriş sözü ilə TADEF-in sədri Bilal Dündar açıb.

O, sərgidə nümayiş etdirilən fotoların Ermənistanın insanlıqdan olduqca uzaq bir cinayət, soyqırımı aktını törətdiyini əyani şəkildə göstərdiyini söyləyib. Bilal Dündar həmin gecə Xocalı şəhərində 613 dinc sakinin qətlə yetirildiyini, 487 nəfərin yaralandığını, 1275 nəfərin isə əsir götürüldüyünü qeyd edib: “Biz bunu hər zaman xatırlayacağıq”.
Sibel Gönül bu hadisənin tarixdə hər zaman bir qara ləkə olaraq xatırlayacaqlarını bildirib.

Bilal Dündar mart ayının 2-də Kocaeli Universitetinin konfrans zalında “Qafqazda Soyuq müharibə və Xocalı Soyqırımı” mövzusunda dəyirmi masanın təşkil olunacağını da nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar