Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib
24 fevral 2011 16:30 (UTC +04:00)

Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

Lent.az-ın məlumatına görə, tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Heydər Əliyevin qeyd etdiyi kimi Xocalı soyqırımı – bu amansız və qəddar soyqırım aktı insanlıq tarixində ən qorxulu, kütləvi terror aktlarından biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb”.

Fərhad Babayev onu da deyib ki, son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib: “Bu gün 19-cu ildönümünü qeyd etdiyimiz XX əsrin faciəsi olan Xocalı soyqırımı məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir”.

Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı çəkilmiş sənədli film nümayiş etdirilib.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar