Ombudsman Xocalı faciəsi ilə bağlı bəyanat verib
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Ombudsman Elmira Süleymanova bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının növbəti ildönümü günlərində faciəni törədənləri bir daha tanıtmağın, erməni vandalizmini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd olunub ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur.
Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır. Müvəkkil səlahiyyətli beynəlxalq qurumları Xocalı soyqırımını törədən işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq etməyə, dünya ictimaiyyətini Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırıb.
Anım mərasimində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar E.Süleymanovanın BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanladığı bəyanat səsləndirilib və dəstəklənib.

642