Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin görüşləri davam edir
23 fevral 2011 18:50 (UTC +04:00)

Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin görüşləri davam edir

Gün ərzində reallaşan bütün görüşlərlə bağlı Lent.az-a BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saatlarında onlar “Azərbaycan” qəzetinin redaksiyasında olublar. Sonra qonaqlar İctimai Televiziyada kanalın rəhbəri İsmayıl Ömərovla görüşüblər.

BMİ rəsmiləri ATƏT –in Bakı ofisində demokratikləşmə şöbəsini rəhbəri Caklin Karpenterlə, Açıq Cəmiyyət İnstitutunun ofisində isə ifadə azadlığı və media proqramı, ictimaiyyətlə əlaqələri şöbəsinin direktoru Rövşən Bağırovla görüşüblər.

U.Rəhimoğlu fevralın 23-nə olan görüşlərini “Yeni Müsavat” qəzetinin redaksiyasına səfərlə yekunlaşdırdıqlarını deyib. Baş redaktor Rauf Arifoğlu ilə görüşən BMİ rəsmiləri qəzetin və ümumilikdə Azərbaycan mətbuatının real vəziyyəti ilə maraqlanıblar. R.Arifoğlu Azərbaycan mediasının vəziyyəti, mövcud problemlər və bu problemlərdən çıxış yollarından ətraflı danışıb.

Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa müşayiət edib.

Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində 20 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar