Hərbi yönümlü QHT-lər ölkə ictimaiyyətinə və media nümayəndələrinə müraciət ünvanlayıb
Azərbaycanda müdafiə və təhlükəsizlik, hərbi vətənpərvərlik, əlil və veteranlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) böyük bir qrupu son günlər Silahlı Qüvvələrlə bağlı baş verən hadisələrlə əlaqədar ölkə ictimaiyyətinə və media nümayəndələrinə müraciət ünvanlayıb.
Lent.az-ın verdiyi məlumata görə, müraciətə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Çernobıl Əlilləri Cəmiyyəti, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, .Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı imza atıb.
Müraciətdə qeyd olunur ki, bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində hamımızı kədərləndirən faciəli hadisə baş verib: “Hadisədən dərhal sonra ən yüksək səviyyədə atılan addımlar, ali komandanlıq tərəfindən görülən təxirəsalınmaz tədbirlər bir daha sübut edir ki, Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidentinin diqqət yetirdiyi ən vacib məsələdir. Ərazisinin bir qismi işğal altında qalan, bir milyona qədər qaçqın və məcburi köçkünü olan ölkəmizdə bu cür olayın yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbini ağrıtmaya bilməz. Ancaq bu kimi kədərli hadisələr qətiyyən bizi ruhdan salmamalı, dəyanətimizi və qürurumuzu sarsıtmamalıdır. Belə məqamlarda hər bir Azərbaycan vətəndaşı mənəvi cəhətdən daha güclü və təmkinli olmağa çalışmalıdır. Biz vətəndaşlarımızı, ölkə ictimaiyyətini diqqətli olmağa , cəmiyyətdə xüsusi rola malik olan media qurumlarını, KİV təmsilçilərini Azərbaycanın dövlət mənafeyini, milli maraqlarını daha ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməyə dəvət edirik”.

622